Ru
23:53 / 19 Noyabr 2025

Azərbaycanlılar Misirdə hava limanında qaldılar - Səyahət şirkətindən AÇIQLAMA

Azərbaycanlılar Misirdə hava limanında qaldılar - Səyahət şirkətindən AÇIQLAMA
Eye

Sosial şəbəkələrdə yayılan görüntülərdə vətəndaşlar iddia edirlər ki, səyahət şirkətinin səhvinə görə onlar Misirin Şarm əl-Şeyx hava limanında qalıblar.

Bakupost.az xəbər verir ki, vətəndaşlar onları aeroporta vaxtında aparmadıqlarını bildiriblər.

Belə ki, 20-dən çox Azərbaycan vətəndaşından geri dönmək üçün hava limanında əlavə 250 dollar ödənilməsi tələb edilib.

Məsələ ilə bağlı "Shani Travel Azerbaijan" şirkətinin rəhbəri Şəhmir Mutuxov bildirib ki, vətəndaşların gecikməyinə səbəb tərəfdaş transfer şirkəti olub:

"Şirkətin səhv yol ölçüsü ucbatından müştərilər uçuşa gecikiblər. Şirkətimiz tərəfindən onlar əlavə uçuşla təmin edilib, problem aradan qaldırılıb".

Şirkət rəhbərinin sözlərinə görə, sosial şəbəkələrdə paylaşılan görüntülərdəki iddialar həqiqəti əks etdirmir.

Ətraflı Baku TV-nin süjetində:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar