Ru
17:06 / 14 Avqust 2020

İşıqpulunun çox yazılması ilə bağlı şikayətlərə MÜNASİBƏT

4972

Əhali kateqoriyasına aid istehlakçılarda bu ilin iyun-iyul ayları üzrə elektrik enerji istehlakına görə böyük fərqlə borc yaranıb.

Bunu "Azərişıq" ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.

Onun sözlərinə görə, istehlakçılar sosial şəbəkələrdə yayılan bəzi məlumatlara inanmamalı, real problemlərlə üzləşdikləri zaman “Azərişıq”a müraciət edərək onları maraqlandıran sualları ünvanlamalıdır.

“Qeyd edim ki, 2018-də də belə şikayətlər olmuşdu, ötən il isə heç bir şikayət olmayıb. Bu il isə yenidən sosial şəbəkələrdə şikayətlər ortaya çıxdı. Statistikaya baxsaq, 2018-ci ilin iyun-iyul aylarında istehlak olunan elektrik enerjisinin miqdarında 400 mln. kilovat saatdan çox artım olub, 2019-cu ildə eyni aylar üzrə isə bu rəqəm az - 141 mln. kilovat saat olub. Lakin cari ildə iyun-iyulda 201 mln. kilovat/saat artım qeydə alınıb”, - deyə V. Nəbibəyli qeyd edib.

O, həmçinin əlavə edib ki, istehlakçıların istifadə etdiyi enerjinin artması, sayğaclarda qeydə alınan rəqəmlər onların mənzillərində quraşdırılan soyutma sistemlərinin və digər avadanlıqlarının güc, keyfiyyət, eləcə də texniki parametrlərindən bilavasitə asılıdır.

“Sayğacların çox yazmasına gəldikdə, qeyd edim ki, sayğacın istehsalçısı bu qurğuları beynəlxalq standartlarına uyğun istehsal edir. Beynəlxalq standartlarda isə qeyd olunur ki, sayğacın birləşmə yuvası, onun displey göstəricisi, ölçmə mexanizmi, kalkulyasiya bloku müdaxiləyə davamlıdır. Ora müdaxilə etmək mümkün deyil”, - deyə Vüqar Nəbibəyli əlavə edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər