Ru
12:53 / 30 Noyabr 2020

“Azqranata”nın arağı bu dəfə öz başını ağrıtdı - Topçu Vüsalın atası etiraz etdi

3041
"AZGRANATA" MMC tərəfindən “Topçu” adlı yeni arağın istehsalı sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etiraza səbəb olub. Müqəddəs amal uğrunda döyüşən hərbçinin fotosunun içki üzərində əks olunmasının yolverilməz olduğu vurğulanıb.

“AZGRANATA” MMC-dən BakuPost-a bildirilib ki, etirazın heç bir ciddi əsası yoxdu. Onlar burada qanun pozuntusunun olmadığını, üstəlik şəhidin atasından icazə alındığını bildiriblər:

“Şirkətimizin rəhbərliyi topçu əsgər Vüsal Şahkərəmovun atası Şahkərəmov İslam Hacıağa oğlu ilə danışaraq, ondan rəsmi olaraq icazə alıb.

Belə olduğu halda, bu məhsulun müəssisəmizdə istehsal edilməsinə, satışa göndərilməsinə heç bir problem və qanunauyğunsuzluq halı yoxdur”.

Məsələ ilə bağlı topçu Vüsalın atası İslam Şahkərimov Modern.az-a şirkət tərəfindən onun razılığının alındığını təsdiqləyib.

Əsgərin atası deyib ki, bunun üçün şirkətlə hansısa müqavilə imzalanmayıb və ödəniş olunmayıb:
“Mənimlə əlaqə saxladılar və bildirdilər ki, Vüsalın fotosu olan məhsul istehsal etmək istəyirlər, razılıq verdim. Amma indi narazılıq yarandığını görürəm. Ona görə də qərara gəldim ki, şirkətə oğlumun fotosu olan məhsulun istehsalının dayandırılması ilə bağlı müraciət edim. Çünki anlayıram ki, doğru qərar olmayıb”.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər