Ru
16:14 / 08 Fevral 2021

AzTV-nin qarşısında ETİRAZ: Qadın özünü yandırmaq istədi - VİDEO

5636

14 il Azərbaycan Televiziyasının əməkdaşı olmuş Səidə adlı qadın işdən çıxarılmasına etiraz edərək AzTV-nin binası qarşısında özünü yandırmağa cəhd edib.


Xanım bildirib ki, Televiziyanın sədri pandemiyanın, müharibənin ən şiddətli vaxtında onu işdən azad edib:



“3 aydır dözmüşəm. Canlıda demişdim ki, məni o həddə çatdırmayın ki, AzTV-nin binasının qarşısında etiraz aksiyası keçirim. Mənim atam evdə onkoloji xəstədir. O həddə çatdırmayın ki, özümü AzTV-nin qarşısında yandırım”.


Daha sonra qadın intihara cəhd edərək özünü yandırmağa çalışıb. Polis əməkdaşlarının səyi nəticəsində o xilas edilib.

Sözügedən hadisə barədə AzTV ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən “Bakupost”a bildirildi ki, baş verən etiraz aksiyası ilə bağlı rəsmi məlumat veriləcək.

Hadisə yerindən çəkilmiş videogörüntüləri təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər