Ru
17:26 / 11 Sentyabr 2019

AzTV-nin qəzaya düşən işçiləri narkoman olublar? – Bədii rəhbər cavab verdi

6343

AzTV-nin bədii rəhbəri Ranar Musayev ötən gün qəzaya düşən kanal əməkdaşları barədə açıqlama yayıb.


BakuPost xəbər verir ki, o, feysbuk sosial şəbəkəsindəki statusunda hadisənin bəzi mətbu orqanlarda yazıldığı kimi olmadığını qeyd edib.


R. Musayev həmin saytların yaralıların narkotik vasitələrin təsiri altında olması barədə xəbər yaydıqlarını bildirib: “Bizim uşaqları narkoman, az sonra qatil edəcəklər. Bu şər-böhtana baxmayaraq AzTV-də dəyişikliklər davam edəcək. Sizin sifarişçi də, siz də qanun qarşısına cavab verəcəksiz. Uşaqlarımız nə vəziyyətdədir, amma mətbuatın yazdıqlarına bax...


Dünən işdən çıxan 4 nəfər əməkdaşımız hər biri saatda 20 km sürəti ilə gedən avtomobildə olublar. Qapıdan yeni çıxan zaman qarşı yoldan “avtoş” onlara çırpılıb. İki qız və iki oğlan xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda əməliyyat olunur. Şər-böhtana görə isə hər kəs cavab verəcək”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər