Ru
09:05 / 31 İyul 2025

Bacısını döydüyü üçün yeznəsini baltaladı

Bacısını döydüyü üçün yeznəsini baltaladı
Eye

Masallı rayonunda həyat yoldaşını döymək istəyən kişiyə qaynı balta ilə xəsarət yetirib.

Bakupost.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Hüseynhacılı kəndində baş verib.

Kənd sakini Azər Əliyev (adı və soyadı şərtidir) yaşadığı evin həyətində həyat yoldaşı ilə mübahisə edib. Qadın mübahisə ilə bağlı atası evinə məlumat verib və onun qardaşı hadisə yerinə gəlib. Bu vaxt ər-arvad arasında yenidən mübahisə başlayıb və Azər həyətdəki balta ilə həyat yoldaşı və qaynına hücum edib. Bu vaxt qaynı baltanı onun əlindən alaraq yeznəsinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, onun əlini sındırıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.

Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar