Ru
16:51 / 02 Aprel 2026

Bağça müəllimlərinin yerdəyişməsi müsabiqəsi başlayır

Bağça müəllimlərinin yerdəyişməsi müsabiqəsi başlayır
Eye

Sabah məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.

Bu barədə Bakupost.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 9-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:
-Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
- Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
- Diplomun surəti;
- Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.

Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla link vasitəsilə tanış ola bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar