Ru
18:28 / 25 Fevral 2026

Bağçada uşaqlara qarınişlədici dərman verən tərbiyəçi tutuldu

Bağçada uşaqlara qarınişlədici dərman verən tərbiyəçi tutuldu
Eye

ABŞ-nin İllinoys ştatının Sent-Çarlz şəhərindəki bir uşaq bağçasında müəllim işini asanlaşdırmaq və uşaqları evə göndərmək üçün təhlükəli üsula əl atıb.

Bakupost.az xəbər verir ki, 23 yaşlı tərbiyəçi İzel J.J. uşaqları ishala səbəb olan dərmanları konfet kimi çeynəməyə məcbur edib. O, iki yaşlı uşaqları bu yolla evə yola salmağa nail olub.

Qaydaya görə, əgər uşaq özünü bağçada pis hiss edirsə, o, evə göndərilməli və 24 saat orada nəzarətdə saxlanılmalıdır.

Eyni hal dəfələrlə təkrarlandığından valideynlər şikayət edib, İzel uşaqların həyatını və sağlamlığını təhlükəyə atmaqda günahını etiraf etdi. O, tez-tez özünü yorğun hiss etdiyini, buna görə bu yola əl atdığını deyib. Zərərçəkmiş uşaqların valideynləri müəllimə ağır cəza verilməsini tələb edirlər.

Məhkəmə davam edir.

Aygün Musayeva,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar