Ru
19:27 / 03 Mart 2021

"Bakcell Arena"da işıqlar söndü, oyun yarımçıq dayandırıldı - YENİLƏNİB

2194
Azərbaycan Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sabah” oyunu 10 dəqiqəlik fasilədən sonra bərpa olunub.

"BakuPost" bildirir ki, stadiondakı işıqların sönməsi səbəbindən dayandırılan matç problem həllini tapdıqdan sonra davam etdirilib.

Bu üzdən də ilk yarıya 10 dəqiqə əlavə olunub.

Qeyd edək ki, 27-ci dəqiqədə işıq sönərkən hesab 0:0 olub.

***

Azərbaycan Premyer Liqasının XVIII turunda xoşagəlməz hadisə yaşanıb.

“Neftçi” – “Sabah” oyunu yarımçıq dayandırılıb.

Buna stadiondakı işıqların sönməsi səbəb olub. “Bakcell Arena”dakı görüş hesab 0:0 olarkən 27-ci dəqiqədə saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər