Ru
13:45 / 01 Dekabr 2021

“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan

1932
"Bakcell" şirkəti özünün nomre.bakcell.com səhifəsini yeni dizaynla istifadəyə verib. Yenilənmiş sayt vasitəsilə abunəçilər istədikləri nömrəni rahatlıqla axtara, kateqoriyalar üzrə seçə və sifariş edə bilərlər.

nomre.bakcell.com saytından istifadə etməklə abunəçilər həm 055 həm də 099 prefiksi ilə müxtəlif kateqoriyalı (sadə, bürünc, gümüş, qızıl, platin) nömrələri əldə etmək imkanına malikdirlər. Seçim zamanı nömrənin kateqoriyasına uyğun olan qiyməti ekranda əks olunacaq. İstədiyi nömrə mövcud olduğu təqdirdə, abunəçi sayt vasitəsilə onu sifariş verməli, sonra isə şəxsiyyət vəsiqəsi ilə “Bakcell”in rəsmi diler mağazalarından birinə yaxınlaşmalıdır.

Daha ətraflı məlumat üçün nomre.bakcell.com səhifəsinə daxil olun.

Bakcell xidmət və şəbəkə keyfiyyətini müntəzəm qaydada təkmilləşdirməklə abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcək.

Azərbaycanın İlk Mobil Operatoru "Bakcell" şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

2021-ci ildə "Bakcell" şəbəkəsini növbəti dəfə Ookla® "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görüb. Bu gün "Bakcell" şəbəkəsi 8 700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə 92,4%-ni əhatə edir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və yaxud 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

"Qeyri-Bakcell" abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər