ABŞ və onun avropalı müttəfiqlərinin Çin və Rusiya ilə genişmiqyaslı hərbi münaqişəyə hazırlaşmaq üçün yəqin ki, cəmi bir il yarım vaxtı var.
Bakupost.az xəbər verir ki, bunu NATO-nun Avropada Birləşmiş Qüvvələrinin yeni baş komandanı Aleksus Qrinkeviç bildirib.
O qeyd edib ki, iki lider 2027-ci ildə koordinasiyalı hücuma keçəcək:
“Əgər Çin lideri Si Szinpin Tayvana hücum etmək qərarına gəlsə, o, böyük ehtimalla öz addımlarını Rusiya Prezidenti Vladimir Putinlə əlaqələndirəcək və qlobal hərbi münaqişəyə qapı açacaq. Fikrimcə, bu o deməkdir ki, hər iki şey eyni anda baş verə bilər”.
Onun sözlərinə görə, Çin və Rusiyadan ikiqat zərbə yaxınlaşır və 2027-ci il potensial olaraq böhran ili ola bilər:
Amerikalı general vurğulayıb ki, hazırkı vəziyyətdə müttəfiqlərin hazırlaşmaq üçün çox az vaxtı var – cəmi 18 ay. Hazır olmaq üçün əldə edə biləcəyimiz hər bir texnikaya və hər bir sursata ehtiyacımız olacaq".