3 AZN-dən başlayan qiymətə 40-dan çox
ölkədə bol-bol meqabayt və pulsuz WhatsApp
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti rouminq xidmətlərini abunəçilərə daha əlçatan və sərfəli etmək
məqsədilə yeni rouminq paketlərini təqdim edib. Yeni paketlər sayəsində müştərilər
xarici ölkələrə səyahət edərkən öz ailə üzvləri və yaxınları ilə ünsiyyətdə qala
biləcəklər.
"Bakcell”in yeni "Rouminqdə İnternet” paketləri səyahət zamanı
internetdən çox istifadə edən müştərilərin ürəyincə olacaq. Türkiyə, Gürcüstan,
Rusiya, Almaniya və s. kimi 40-dan çox ölkədə təqdim olunan bu paketlər sayəsində
Wi-Fi axtarmağa və ya yerli operatorun SİM kartını almağa ehtiyac qalmadı. Bakcell
abunəçiləri gündəlik, həftəlik və ya aylıq "Rouminqdə İnternet” paketlərindən
birini əldə edib öz səyahət təəssüratlarını Facebook, İnstagram və digər sosial
şəbəkələrdə istədikləri qədər paylaşa biləcəklər. Bundan əlavə, "Rouminqdə
İnternet” paketlərin istifadəçiləri WhatsApp-dan tam olaraq pulsuz istifadə edəcəklər
(mətn və zənglər üçün):
Paket | Trafik həcmi | Qiyməti |
Gündəlik | 100 MB + Pulsuz WhatsApp | 3 AZN |
Həftəlik | 1000 MB + Pulsuz WhatsApp | 20 AZN |
Aylıq | 2000 MB + Pulsuz WhatsApp | 30 AZN |
"Bakcell”in yeni gündəlik, həftəlik və aylıq"Rouminqdə hamısı daxil” paketləri isə xaricdə olarkən bol meqabaytlar, çoxlu dəqiqə
və SMS-lər sayəsində sərfəli qiymətə tam ünsiyyət sərbəstliyini təmin edir:
Paket | Trafik, dəqiqə və SMS | Qiyməti |
Gündəlik "Rouminqdə hamısı daxil” | 100 MB +10 dəq. + 10 SMS | 5 AZN |
Həftəlik "Rouminqdə hamısı daxil” | 500 MB + 50 dəq. + 50 SMS | 20 AZN |
Aylıq "Rouminqdə hamısı daxil” | 1000 MB + 100 dəq. + 100 SMS | 30 AZN |
"Rouminqdə hamısı daxil” paketləri 19 ölkədə təqdim olunmaqla, abunəçilərə
öz yaxınları ilə tətil və səyahət həyəcanı və təəssüratları bölüşməyə imkan
verir.
Yeni Rouminq paketləri vasitəsilə Bakcell abunəçiləri səyahət zamanı
heç bir məhdudiyyət və məsafə hiss etməyəcəklər. Şirkət müasir rabitə xidmətləri
istifadəçilərinin tələb və ehtiyaclarını qarşılamaq məqsədilə innovativ həllər
təklif etməyə davam edəcək.
"Bakcell”in təklif etdiyi rouminq xidmətləri barədə daha ətraflı məlumatwww.bakcell.com səhifəsində təqdim olunur.