Mən heç vaxt heç kimə kağız pələng deməzdim, amma Rusiya bombalara, raketlərə, sursatlara milyonlarla dollar xərcləyib və faktiki olaraq heç bir ərazi qazancı əldə etməyib.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Düşünürəm ki, dayanmağın vaxtıdır".
Ərdoğanın Rusiya və Ukrayna ilə bağlı qərarlarını dəyərləndirən Tramp onun tamamilə bitərəf olduğunu bildirib.
"O, neytral olmağı xoşlayır. Mən də neytral olmağı xoşlayıram. Ərdoğan Rusiya prezidenti Vladimir Putini tanıyır, mən də Putini tanıyıram. Mən yeddi, bəlkə də daha çox müharibənin bitməsinə vəsilə olmuşam. Düşündüm ki, Ukrayna məsələsi digərlərindən daha asan başa gələcək və Putin münaqişənin başa çatmasına kömək edənlərdən biri olacaq. Ancaq mən Putindən çox məyus oldum. Son iki həftə ərzində bütün intensiv bombardmanlarla onlar demək olar ki, heç bir ərazi əldə etməyiblər. Putin Ukraynadakı döyüşləri dayandırmalıdır” - ABŞ prezidenti əlavə edib.