Tayland kralı Maha Vajiralongkorn (Rama X ) dünyanın ən zəngin hökmdarı hesab olunur.
Bakupost.az News24.az-a istinadla xəbər verir ki, onun sərvəti təxminən, 43 milyard ABŞ dolları təşkil edir. Bu sərvətin böyük hissəsi Banqkokda yerləşən 17 min ev və 16 min hektar torpaqdan ibarət olan əmlak imperiyasından ibarətdir.
Kralın sərvəti təkcə əmlakla bitmir – onun 38 özəl təyyarəsi, 52 mərasim gəmisi və 300-dən çox lüks avtomobili var. Ən dəyərli əşyalarından biri isə dünyada ən böyük emal olunmuş almaz olan 545,67 karatlıq "Qızıl Yubiley" almazıdır.
Rama X sərvətini yalnız mirasla yox, həm də telekommunikasiya, enerji və sənaye sahələrinə etdiyi ağıllı investisiyalarla artırır. Tayland qanunlarına görə, kralın istifadə etdiyi əmlaklar vergidən azaddır, bu da onun sərvətini qorumağa kömək edir.
Rəsmi iqamətgahı Banqkokda olsa da, kralın Almaniyada şəxsi villası var və vaxtının çoxunu orada keçirir. 2016-cı ildə atasının ölümündən sonra taxta çıxan Rama X, həm də təcrübəli pilotdur.