Ru
22:40 / 25 Sentyabr 2025

Netanyahu arzuolunmaz şəxs elan edildi

Netanyahu arzuolunmaz şəxs elan edildi
Eye

İsrailin baş naziri Benyamin Netanyahu Sloveniyada arzuolunmaz şəxs elan edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Slovenya Xarici İşlər Nazirliyinin rəsmisi Neva Qrasiç "X" hesabındakı paylaşımında məlumat verib.

"Netanyahunun hərbi və insanlığa qarşı cinayətləri ictimaiyyətə məlumdur.
Sloveniya hökumətinin bugünkü iclasında Netanyahunu ölkədə persona-non-qrata elan edib. Onun Sloveniyaya girişinə qadağa qoyulub. Hökumət bu qərarla İsrailə açıq mesaj verir. Sloveniya beynəlxalq məhkəmələrin qərarlarına və beynəlxalq humanitar hüquqa hörmət edir" - deyə, XİN rəsmisi qeyd edib.

Sloveniya bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçi persona non qrata elan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar