Ru
23:58 / 25 Sentyabr 2025

Tanınmış landşaft memarı təyyarə qəzasında həlak oldu

Tanınmış landşaft memarı təyyarə qəzasında həlak oldu
Eye

Braziliyanın cənub-qərbində təyyarə qəzası nəticəsində üçü pilot olmaqla dörd nəfər həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə CNN Braziliya hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Qəza nəticəsində ölən 4-cü şəxs isə çinli landşaft memarı və şəhərsalma üzrə mütəxəssis Kongjian Yu olub. Yu daşqın riskini azaltmaq və şəhər iqlimini yaxşılaşdırmaq üçün yağış sularını udmaq qabiliyyətinə malik infrastruktura malik "süngər şəhərlər" konsepsiyasını inkişaf etdirməsi ilə tanınıb.

Yu şəhər mərkəzlərində böyük su anbarları yaratmaqla, yağış sularının udulduğunu və daşqınların qarşısını almağa kömək edə biləcəyini bildirib. Bu ideya Çində şəhərsalmada geniş istifadə olunur və son illərdə Yu digər ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanı və Taylandda layihələr üzərində işləyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar