Ru
20:46 / 29 Dekabr 2018

Bakı bulvarına "Yeni il gəldi" - FOTOLAR

Bakı bulvarına "Yeni il gəldi"  - FOTOLAR
Eye

 

Dənizkənarı Bulvar İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində yeni layihəyə start verib.

 

BakuPost xəbər verir ki, Azərbaycan Televiziyası ilə birlikdə həyata keçirilən layihə çərçivəsində ilk konsert bu gün baş tutub. Kukla teatrının arxasında yerləşən meydanda "Yeni il gəlir” adlı bayram proqramı təqdim olunub. Tədbirdə Azərbaycan Televiziyasının solistləri, estrada müğənniləri çıxış ediblər. Konsertin məhz dekabrın 29-da keçirilməsi təsadüfi deyil. Dekabrın 29-u Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür. Layihə il ərzində davam edəcək. Əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsetlər təşkil olunacaq.

Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir.

 





Bakı bulvarına "Yeni il gəldi"  - FOTOLAR
Bakı bulvarına "Yeni il gəldi"  - FOTOLAR
Bakı bulvarına "Yeni il gəldi"  - FOTOLAR
Bakı bulvarına "Yeni il gəldi"  - FOTOLAR
Bakı bulvarına "Yeni il gəldi"  - FOTOLAR
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar