Ru
18:28 / 22 Dekabr 2025

“Bakı Metropoliteni” 93 milyon manatdan çox vəsaiti hara xərclədiyini AÇIQLADI

“Bakı Metropoliteni” 93 milyon manatdan çox vəsaiti hara xərclədiyini AÇIQLADI
Eye

“Bakı Metropoliteni” QSC 2024-cü ildə 35 yeni metro vaqonunun alınması üçün 93 milyon 60 min manat vəsait xərcləyib.

Bakupost.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, müqavilə Malayziya qeydiyyatlı “TMX International” şirkəti ilə imzalanıb.

“Bakı Metropoliteni” 2023-cü ildə də eyni şirkətə 15 metro vaqonunun müqabilində 35 milyon 701 min manat ödəyib.

Qeyd edək ki, “Bakı Metropoliteni" QSC cari ilin noyabr ayında 3 yeni qatar - 15 vaqon xəttə buraxıb. 2030-cu ilə qədər Bakı Metrosu üçün ümumilkdə 299 yeni nəsil vaqon alınması nəzərdə tutulur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar