Metro və avtobuslarda yayxanaraq, ayaqlarını geniş açaraq oturan sərnişinlərin cəzalandırılması məsələsi müzakirələrə səbəb olub. Məlumata görə, paytaxtda ictimai nəqliyyatda qaydaları pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən “xırda xuliqanlıq” maddəsi ilə cərimə oluna və ya 15 günədək inzibati həbsə məruz qala bilərlər. Bu yanaşma sosial şəbəkələrdə geniş müzakirələr doğurub.
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli xırda xuliqanlıq konkret əməllər əsasında qiymətləndirildiyini deyib.
“Məsələn, bir şəxs ictimai yerdə kimisə təhqir edirsə və ya fiziki zor tətbiq edərək yüngül, yaxud ağır xəsarət yetirirsə, eləcə də etik və davranış qaydalarına zidd hərəkətlər edirsə, bu hallar xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Lakin “yayxanaraq oturmaq” termini mübahisəlidir. Elə insanlar var ki, fiziki olaraq hərəkətlərində çətinlik yaşayırlar. Məsələn, boyu normadan uzun olan şəxslər metro və ya avtobusda oturarkən ayaqlarının uzunluğu səbəbindən müəyyən oturuş forması seçmək məcburiyyətində qalırlar. Belə hallarda həmin şəxsi necə cərimə etmək olar?”
İ.Hüseynli bu terminin Azərbaycan cəmiyyətinə gətirilməsinin əleyhinə olduğunu vurğulayıb:
“Bu ifadə qüsurludur. İnsan ictimai məkanda müxtəlif səbəblərdən oturuşunu dəyişə, ayaqlarını uzada, qaldıra və ya endirə bilər. Eyni zamanda, gələcəkdə geyimlə bağlı müəyyən qadağaların tətbiqi və standartlara uyğun olmayan geyimlərin cərimələnməsi kimi məsələlərin də müzakirəsi mümkündür. Yəni bunlar da xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Açığı, bunun inzibati xəta kimi qəbul olunmasına yol vermək olmaz, bu, düzgün yanaşma deyil. Çünki dünyanın heç bir yerində “yayxanaraq oturmağa” görə cəza nəzərdə tutulmur. Bu səbəbdən də belə hallar bəzən haqlı olaraq ictimai qınağa səbəb olur”.
Qeyd edək ki, sözügedən qadağa barədə hələ rəsmi məlumat yoxdur. Məsələ ilə bağlı Bakı Metropoliteninə sorğu göndərmişik.
Ətraf mühiti,küçə-məhəllələri,binaların bloklarını və digər əraziləri zibilləyən şəxslərə qarşı sərt qanunlar və cərimələr tətbiq olunsun
Sizin dövrdə qadına yaşlıya yer verilib deyə bizim cavan nəslin boyun borcu deyil kiməsə yer versin əyər ki cavan da qarşında qoca çətinlikdə ayağda duranı görüb özü durur.kiminsə bunu ona deməsinə və ya başqa bir şeyə ehtiyac yoxdu.lap durmur uşağdı orta yaş biri dursun .qocaya qadına yer verilsin deyən adamlar axı kimin nəyisən ömrümdə 1dəfə gördüyüm xeyri faydası olmayan adama görə niyə durum .əyər ki orta yaş qadın gəlir sunkasın dirəyirsə dursun bu cavan ayağa onu narmal qadın eləməz çünki bilsin o gedəcəyi 1saatlıq ayağ üstə yolda içində xoş söz demir.həyasız qadınlar və yaşlı kişilər üçün yazdım bunu .dedim ki bilin .yorğun olmasa cavan özü yer verər .
Bu təşəbbüsü tamamilə dəstəkləyirəm! İctimai nəqliyyat hamınındır və heç kimin başqasını narahat etməyə, onun haqqını qəsb etməyə ixtiyarı yoxdur. 'Yayxanaraq' oturmaq həm etikadan kənardır, həm də digər sərnişinlərə qarşı hörmətsizlikdir. Qaydaların sərtləşdirilməsi və cərimələrin tətbiqi avtobus və metrolarda nizam-intizamın bərpasına kömək edəcək. Şəhər mədəniyyətinə riayət etməyənlər üçün bu qərar yerində verilmiş bir addımdır."
Mən də qərarla razıyam. Bəlkə cəza tədbiq oluna ki,bəziləri oturuşunu,duruşunu düzəldə. O ayağı uzun olan da ki,oturanda ayağını yığsın.
Ən əsasi özlərinə hörmət etmiyib, geyimlərini bilməyənlər özlərini çöldə qoyub guya bunlar zövqlü geyinirmiş kimi insanlara Cərimələr tətbiq olunsun
Avtobuslardada belə qaydalar tətbiq olubsun oturacaqlar yaşlı insanlara , uşaqlılara verilməsi üçün marifləbdiriilmə aparılsa daha gözəl olar. Xanım abrobusda oturur atağı ayağının üstündə. Keçənlərə mane olur
Əlbəttə ki oturma qaydası var içtimai nəqliyyatda. İnsan öz evində necə istəyir elə otursun.,biri təspəy fırladır.
ƏLADI
Çoox gözəl olar oturuşun duruşun bilməyənlərə Dövlət öyrətsə.Şəhərdə yaşamaqdan qabaq şəhər mədəniyyəti şərt.