Ru
20:32 / 04 Sentyabr 2025

Bakı neftindən istehsal edilir: Bakıdakı zavod bağlandı, İtaliyadan alırıq

Bakı neftindən istehsal edilir: Bakıdakı zavod bağlandı, İtaliyadan alırıq
Eye

Dünyada istehsal olunan bütün təkərlərin təxminən 80%-i neftdən əldə edilən sintetik kauçukdan hazırlanır. Sintetik kauçukun tərkibi üçün lazım olan monomerlər (məsələn, butadien, stirol) neftdən emal edilir. Rezin birləşməsinə neft yağları əlavə edilir, onlar yumşaldıcı rolunu oynayır və təkərin xüsusiyyətlərinə təsir göstərir.

Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O vurğulayıb ki, 2005-ci ildə ölkədə “Azərşin” ASC yaradılmışdı, ölkədə şin istehsal edəcəkdi:

“Uzun illərdir ki, heç bir fəaliyyəti yoxdur, indi məlumat yayıldı ki, oktyabrın 22-də tam bağlanır, ləğv edilir. Halbuki şin istehsalı üçün Azərbaycan nefti çox uyğundur, neftin emalından alınan materiallarla keyfiyyətli məhsul istehsal etmək olar.
Avtomobil həvəskarlarının çox bəyəndiyi təkər markası var – “Pirelli”, İtaliya istehsalıdır.

Azərbaycan neftindən istehsal olunur. Təkər istehsalı kompüter deyil, mikrocip deyil, qəliz texnologiya heç deyil, yaxşı, biz nə vaxta qədər İtaliyaya 1 barrel - 159 litr xam nefti 70 dollara, yəni, litrini 44 sentə satıb, sonra həmin neftdən alınan şinin birini 500-800 manata, yəni, 300-500 dollar arası alacağıq?!

Ölkədə 2005-ci ildə “Azərşin” yaradıldı, işləyə bilmədi, indi bağlanır, “Pirelli” bir qırağa, ölkədə 1,2 milyondan çox avtomobil var, deməli, təqribən, 5 mln. təkər fırlanır, özümüz üçün də şin istehsal edə bilmirik”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar