Bakıda bank əməkdaşı müştərini döydü

311
Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Nikoil Bank əməkdaşları tərəfindən vətəndaş Zaur Civəzadə evində 2 körpə uşağının gözləri qarşısında döyülüb. 
 
Bu barədə zərərçəkmiş özü şikayət edib. Zaur Civəzadə bildirib ki, Nikoil Bankın Tural adlı əməkdaşı Amil adlı idmançı ilə yaşadığı evə gələrək, ona zor tətbiq ediblər:

"Bir neçə il əvvəl Elxan adlı dostum Nikoil Bankdan ipoteka krediti götürərək, Şüvəlanda ev alıb. Hazırda öz evim təmir olunduğu üçün dostumun icazəsilə həmin evdə yaşayıram. Mayın 16-da 2 nəfər bank əməkdaşı qaldığım evə gələrək, heç bir məhkəmə qərarı olmadan məni evdən zorla çıxartmağa çalışıb. Mən onlardan məhkəmənin qərarını tələb edən zaman fiziki təzyiqlərə məruz qalmışam. Hətta, 2 nəfər azyaşlı uşaqlarımın gözü qarşısında döyülmüşəm. Uşaqlardan birinin 2, digərinin isə 3 yaşı var. Məni vuran şəxs Amil idi".

Zaur Civəzadə üzləşdiyi hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin "102" "qaynar xətti"nə 2 və Xəzər Rayon Polis İdarəsinə şikayət etdiyini söyləyib.

Zaur Civəzadəni vurduğu iddia edilən Amil adlı bank əməkdaşı ilə əlaqə saxladıq.

 O, hadisənin baş verdiyini təsdiqləyib: "Hadisə olsa belə, artıq biz Zaurla barışmışıq. Bu barədə polisin də xəbəri var". (Demokrat.az)

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər