Ru
10:29 / 14 Dekabr 2019

Bakıda dəhşət: Məmurun arvadını və qızını öldürdülər

6852
Bakıda ana və qızı öldürülüb.

BakuPost-un verdiyi xəbərə görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə feysbuk hesabına məlumat paylaşıb.

O qeyd edib ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***
Bakının Sabunçu rayonu ərazisində baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Criminal.az xəbər verir ki, xəbər verir ki, qətl Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı "Uğur-2" yaşayış kompleksindəki mənzildə törədilib.

Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb.

İlkin ehtimala görə, qətli ailənin oğlu törədib.

Meyitlər müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.

Qətl törədilən mənzil məmura - Sosial-müdafiə fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur.

Qeyd edək ki, Baş Prokurorluq da hadisəylə bağlı məlumat yayıb. Bildirilir ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakıda dəhşət:  Məmurun arvadını və qızını öldürdülər
Bakıda dəhşət:  Məmurun arvadını və qızını öldürdülər
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər