Müasir incəsənət həvəskarı Sankt-Peterburqun küçə rəssamını öldürməyə cəhd edib. O, narkotik təsiri altında rəssamın studiyasını yandırıb.
Bakupost.az "Baza"ya istinadən xəbər verir ki, Petroqrad rayonunda məşhur küçə rəssamı və bard Nelson İskəndəryanın studiyası yandırılıb. Rəssamın özü həmin vaxt içəridə yatırmış. O, möcüzəvi şəkildə xilas olsa da, yanıq xəsarətləri alıb. İstintaq Komitəsi qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.
Baza-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları rəssamın 31 yaşlı dostu, İT mütəxəssisi Vsevolod Dubinskini qəsdən yandırma şübhəsi ilə həbs ediblər. Dostlar bir müddət söhbət edib, sənət haqqında müzakirələr aparıb və mübahisə ediblər. Növbəti münaqişədən sonra qanunsuz narkotik istifadə edən Vsevolod dostundan qisas almaq qərarına gəlib. O, Nelsonun yaşadığı və işlədiyi Polozov küçəsindəki studiyanı yandırıb.
Qeyd edək ki, erməni əsilli Nelson İskəndəryan 28 noyabr 1959-cu ildə Azərbaycanda doğulub. O, soyğunçuluğa göə məhkum edilib. 80-ci illərdə Sankt-Peterburqa köçüb.
Zaur, BakuPost