Ru
05:13 / 14 Aprel 2026

Bakıda gecədən başlayan yağış davam edir – XƏBƏRDARLIQ

Bakıda gecədən başlayan yağış davam edir –  XƏBƏRDARLIQ
Eye

Bakıda gecə saatlarından başlayan intensiv yağış səhər saatlarında da davam edir.

Bakupost.az xəbər verir ki, yağıntı fasiləsiz xarakter daşıyır və şəhərin əksər ərazilərini əhatə edir. Hazırda da yağış davam edir.

Havanın temperaturu 10–11 dərəcədir. Yağıntılı hava şəraiti səbəbindən bəzi küçə və prospektlərdə suyun yığılması müşahidə olunur.

Qeyd edək ki, dünən yol polisi də sürücülərə müraciət edib. Bildirilib ki, belə hava şəraitində yollarda ehtiyatlı olmaq, zəruri olmadığı hallarda isə avtomobillə yola çıxmamaq tövsiyə olunur.

Sinoptiklərin məlumatına görə, qeyri-sabit hava şəraiti bu gün davam edəcək.

Elnur
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar