Ru
23:44 / 15 Sentyabr 2021

Bakıda insan sümükləri tapıldı

Bakıda insan sümükləri tapıldı
Eye

Paytaxtın Yasamal rayonu, kənar dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələrinin aşkar olunması faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat yayılıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar