Ru
13:10 / 23 Sentyabr 2019

Bakıda marşrut avtobusu qəzaya düşdü - Xəsarət alan var - FOTO - YENİLƏNİB

2791
Bir qədər əvvəl Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.


Qaradağ rayonunda avtobusun qəzaya düşməsi nəticəsində yaralanan bir nəfər şəxsin kimliyi bəlli olub. O, 1937-ci il təvəllüdlü Rəsulov Mürvət Sahibxan oğludur. Müxtəlif dərəcəli xəsarətlər alan şəxs, 1 saylı Kliniki Tibbi Mərkəzə çartdırılıb.


Mərkəzdən verilən məlumata görə, 82 yaşlı kişi canaq və baldırın sınığı, qarının küt travması və aralığın cırılması diqanozu qoyulub. M.Rəsulov hazırda reanimasiya şöbəsində həkimlərin nəzarəti altındadır.


Xatırladaq ki, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.


***

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Bakı Nəqliyyat Agentliyindən BakuPost-a verilən məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.


Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.


Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.


Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər