Ru
16:08 / 06 May 2026

Bakıda məhkum kamera yoldaşını qətlə yetirib

Bakıda məhkum kamera yoldaşını qətlə yetirib
Eye

Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb.

İş materiallarında yazılıb ki, məhkumlar Nurullah Əkbərli və Xəqani Şükürov arasında dört divar arasında başlayan mübahisə qanla bitib. Nəticədə N.Əkbərli qeyri-qanuni yolla “içəri” keçirdiyi kəsici alətlə X.Şükürovu qətlə yetirib.

Bu əməlinə görə ona həm qəsdən adam öldürmə, həm də cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlama maddələri ilə yekun ittiham verilib. Təqsiri sübuta yetirilsə, Nurullah ən azı əlavə 9 il həbsdə qalacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar