Ru
10:17 / 17 Sentyabr 2019

Bakıda məktəb direktorunu şantaj etdilər - Məhkəmə olacaq

2584

Bakıda musiqi məktəbinin direktorunu şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Rafiq Arif oğlu Aslanov və Namiq Şəmşir oğlu Baxşalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.



BakuPost-un məlumatına görə, cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.


Qeyd edək ki, Binəqədi rayon ərazisində fəaliyyət göstərən məktəbin direktoru B.Y (şərtidir) hüquq-mühafizə orqanlarına şikayət edərək, iki şəxsin ona hədə-qorxu gələrək 25 min manat tələb ediblər.
Polis əməliyyat axtarış tədbirləri nəticəsində Rafiq Arif oğlu Aslanov və Namiq Şəmşir oğlu Baxşalıyev saxlanılıb.


Onlara Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər