Ru
21:11 / 26 İyul 2025

Bakıda məsciddə dəhşətli qətl – Vətən müharibəsi iştirakçısı saxlanılıb - FOTO

Bakıda məsciddə dəhşətli qətl – Vətən müharibəsi iştirakçısı saxlanılıb  - FOTO
Eye

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində məsciddə dəhşətli qətl hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə bu gün saat 16 radələrində dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda qeydə alınıb. 1990-cı il təvəllüdlü Səfərov Nadir Səfər oğlu yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib.
Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Elvin Elşad oğlunu saxlayıblar.

Məlumata görə, qətlə yetirilənin qəsəbədə hörmətli şəxs olduğu bildirilir.

Qətli törədən şəxs isə Vətən müharibəsi iştirakçısı, qazidir.

Faktla bağlı araşdırma aparılır.

Azər
Baku Post

Fotoda: Nadir Səfərov

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar