Ru
09:44 / 28 Yanvar 2026

“Pautina 2” İDDİASI – Rusiya əməliyyatın qarşısını aldığını deyir – VİDEO

“Pautina 2” İDDİASI – Rusiya əməliyyatın qarşısını aldığını deyir – VİDEO
Eye

Kreml Ukraynanın Rusiya ərazisinə qarşı yeni genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) hücumuna hazırlaşdığını iddia edib.

Bakupost.az Teleqram kanallarına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri PUA-ları Ukrayna ərazisindən, xüsusi hazırlanmış yük avtomobili vasitəsilə buraxmağı planlaşdırıb.

Məlumata görə, içərisində pilotsuz uçuş aparatları olan ağır yük avtomobili Çerniqov və Sumi vilayətləri sərhədi yaxınlığında Rusiya hərbçiləri tərəfindən aşkar edilib. Yük maşınının kuzovunda yalnız PUA deyil, eyni zamanda mobil qrup da olub.

Rusiya kəşfiyyatının vaxtında müəyyən etdiyi yük avtomobilinin Xilçiçi yaşayış məntəqəsi yaxınlığında “Tornado-S” reaktiv yaylım atəşi sistemi ilə vurulduğu bildirilir. Rusiya mənbələri həmin ərazidən daha əvvəl də Rusiya ərazisinə PUA buraxılışlarının həyata keçirildiyini iddia edir.

Zərbə nəticəsində yük maşınının, içindəki texnikanın və şəxsi heyətin tam məhv edildiyi vurğulanır. Rəsmi Kiyev isə hələlik bu iddialarla bağlı açıqlama verməyib.

Rusiya hadisəni Ukraynanın ötən il həyata keçirdiyi və “Pautina” adı ilə tanınan əməliyyatla əlaqələndirir. Həmin əməliyyat zamanı Rusiyanın dərinliklərində yerləşən bir neçə aerodroma PUA hücumları təşkil edilmişdi.

Mənbə iddia edir ki, hazırkı hadisə “Pautina 2” adlandırıla biləcək yeni mərhələnin bir hissəsi ola bilər. Qeyd olunur ki, daha əvvəl Gürcüstan da Ukraynanı oxşar planlarda ittiham edib. Rəsmi Tbilisinin açıqlamalarına görə, Kiyev Gürcüstan ərazisindən partlayıcı maddələrin daşınması üçün istifadə edib. Ukrayna bu ittihamları rədd etmişdi.

Ekspertlər hesab edir ki, müharibənin gedişində PUA-lardan istifadənin intensivləşməsi tərəflərin taktikasında əsas dəyişikliklərdən biridir. Onların yük avtomobilləri və ya mobil platformalar vasitəsilə buraxılması isə aşkarlanmanı çətinləşdirən üsul kimi qiymətləndirilir.

Bununla yanaşı, analitiklər vurğulayır ki, Rusiya tərəfinin yayımladığı bu cür məlumatlar informasiya müharibəsinin bir hissəsi ola bilər.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar