Bakıda məşhur "avtoş"u öldürən şəxsə hökm oxundu

  • 24 İyn 2019 14:02
  • 501 Baxış
Bakıda məşhur
 

Bakıda tanınmış "avtoş”u öldürməkdə təqsirləndirilən Ehtiram Şərifovun məhkəməsi bitib.




Bakupost.az-ın məlumatına görə, Bakı AĞır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə E.Şərifov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 




Qeyd edək ki, hadisə ötən il noyabrın 17-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Həmin ərazidə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş C.Babayev orada ölüb.




Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş İJ markalı tüfəng götürülüb.




Xatırladaq ki, C.Babayev "Cabir-012” adı ilə tanınmış "avtoş" olub