Ru
21:24 / 07 Fevral 2021

Bakıda qanunsuz toy edilən restoranın sahibi məşhur isimdir - Video

5630

Xəbər verdiyimiz kimi, Bakıda polis əməkdaşları şadlıq evində toy məclisi keçirənləri saxlayıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Yasamal rayonunda yerləşən "Atlantis" restoranının “Eyforiya” zalında gizli şəkildə toy mərasiminin keçirildiyi haqda polisə məlumat daxil olub. Yasamal polisinin əməliyyatı zamanı fakt təqdiqlənib və toyda iştirak edən 70 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Bakupost.az-a daxil olan məlumata görə, sözügedən restoran sabiq hərbi komissar və deputat Əliağa Hüseynova aiddir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər