Xətai rayonunun Babək prospektində çəkilən piyada zolağı sakinlərin narazılığına səbəb olub. Belə ki, prospektdəki zolaq bir nöqtədən sonra kəsilir və piyadalar ya ağacların əkildiyi yaşıllıq sahəsinə, ya da avtomobillərin hərəkət etdiyi magistral yola çıxmaq məcburiyyətində qalır.
Sakinlər bildirirlər ki, bu vəziyyət həm onlar, həm də uşaqları üçün ciddi təhlükə yaradır:
“Ağacların içindən keçək? Təsəvvür edin, burdan uşaqla keçirəm. Hansı məntiqlə zolağı oradan çəkiblər, bilmirəm”.
Digər sakin isə yaxın günlərdə baş verən ölüm hadisəni xatırladıb:
“Bir neçə gün qabaq bir ailəni burda maşın vurdu, ölən oldu”, - deyə o qeyd edib.
Bakupost.az mövzu iki bağlı "Baku Tv"nin süjetini təqdim edir: