Bakı şəhərinin Yasamal rayonunda 20 Yanvar dairəsinə yaxın ərazidə yerləşən binanın zirzəmisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd olunub ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsinə yaxın ərazidə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən
"BakuPost"a bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata görə, binanın zirzəmisində taxta tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.
Əlavə məlumat veriləcək.