Ru
15:23 / 28 Aprel 2026

Bakıda yeni metro stansiyası açılır? - RƏSMİ

Bakıda yeni metro stansiyası açılır?  - RƏSMİ
Eye

Paytaxtın mərkəzində hasara alınmış ərazisində yeni stansiya açılması ilə bağlı iddialar yayılıb.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, söhbət Yasamal rayonu ərazisində "Nizami" stansiyası yaxınlığındakı sahədən gedir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, dövlət proqramı çərçivəsində "Nizami" stansiyasına yaxın ərazidə B5 stansiyası inşa olunacaq. Bu stansiya Mərkəzi Parkın altında yerləşəcək və oradan "Nizami" stansiyasına keçid təmin ediləcək.

Həmçinin qeyd olunur ki, bu layihənin məqsədi metroda alternativ çıxış imkanlarını artırmaq və xüsusilə texniki nasazlıqlar zamanı yaranan çətinlikləri aradan qaldırmaqdır.

Layihənin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır və şəhər nəqliyyatına əlavə rahatlıq gətirəcəyi gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar