Ru
21:16 / 24 May 2019

Bakıdan Yerevana cavab: “Özlərini gülünc vəziyyətdə qoyurlar”

2001
Ermənistan
ordusunun beşinci ordu korpusunun komandanı polkovnik Andranik Piloyan
Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsindəki vəziyyət barədə danışıb.

 

 

 

BakuPost.az "Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, erməni hərbçi
sərhəddəki vəziyyəti sakit, "Azərbaycan ordusunun bəzi yerlərdə irəlilədiyi
ötənilki vəziyyətdən fərqli” kimi qiymətləndirib.

 

 

 

 

Piloyan
iddia edir ki, Azərbaycan ordusu "mütəmadi olaraq yeni mövqeləri tutmağa
çalışır, lakin bu cəhdlərin qarşısı qətiyyətlə alınır”.

 

 
 
Onun
sözlərinə görə, Azərbaycanın ötən il qurduğu mövqelərin bəziləri qışda normal
təchizatı təmin etməyin mümkün olmaması üzündən boşaldılıb.

 

 
 
Azərbaycan
Müdafiə Nazirliyi polkovnik Piloyanın Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan
hissəsindəki vəziyyət barədə verdiyi bəyanatı şərh edib.

 

 
 
"Naxçıvan
istiqamətində mövcud olan vəziyyət barədə erməni polkovniki Andranik Piloyanın
səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə verməkdən başqa bir
şey deyil.

 

 
  Hər
dəfə Azərbaycan tərəfi genişmiqyaslı hərbi təlimlər keçirərkən erməni
ictimaiyyətində yaranan təşvişi görən Ermənistan hərbi rəhbərliyi bu cür
dezinformasiya xarakterli məlumatları mətbuata sızdırır.
 

 

 

Düşmən
döyüş meydanında məruz qaldığı uğursuzluğu KİV nümayəndələrinə absurd
bəyanatlar verməklə ört-basdır etməyə çalışır və beləliklə də özlərini
Azərbaycan xalqının qarşısında gülünc vəziyyətdə qoyurlar.

 

 
 
O
ki, qaldı Azərbaycan ordusunun Naxçıvan istiqamətində keçən il qurduğu
mövqeləri guya təminat səbəbindən tərk etməsi barədə söylənilən absurd
fikirlərə bu da tam yalandır.

 

 
  Ermənistan
tərəfindən fərqli olaraq, hazırda Azərbaycan əsgərinin yerləşdiyi
yüksəkliklərdə elə bir post və döyüş mövqeyi yoxdur ki, ora hərtərəfli təmin
olunmasın. Həmin mövqelər kommunikasiya xətləri və mövsümə uyğun olaraq bütün
təminat növləri ilə təchiz edilib”, – Müdafiə Nazirliyindən bildirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər