Ru
10:36 / 17 Yanvar 2017

Bakıya əsas giriş bağlanır - Sürücülərin nəzərinə!

Bakıya əsas giriş bağlanır -  Sürücülərin nəzərinə!
Eye

Paytaxtın Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşacaq. 



Bu barədə BakıPost.az-a "Azəravtoyol" ASC Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli məlumat verib. O bildirib ki, aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq 18 və 19 yanvar tarixlərində gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.



Məlumata görə, məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yolarda (Şamaxinka) tətbiq ediləcək: "Aparılacaq qısa müddətli təmir işləri zamanı sürücülər alternativ olaraq Bakı Dairəvi-1 avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər”.



Anar Nəcəfli vurğulayıb ki, yarana biləcək narahatlığa görə, "Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir.



Sevinc Yasinqızı 

BakıPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar