Ru
13:32 / 20 Noyabr 2019

Balakəndə narkotacir saxlanıldı - FOTOLAR

Balakəndə narkotacir saxlanıldı -  FOTOLAR
Eye

Balakən rayonunda narkotacir saxlanılıb.

BakuPost-a bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.


Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Mahamalar kənd sakini, əvvəllər də məhkum olunmuş 57 yaşlı Bəxtiyar Kərimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 9 ədəd bükümdə 13 qramdan artıq narkotik vasitə olan heroin və 3 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan selofan torbada 50 qrama yaxın heroin, elektron tərəzi və qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.







Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar