Ru
13:20 / 18 Noyabr 2019

BANM-a yeni mətbuat katibi təyin olundu

BANM-a yeni mətbuat katibi təyin olundu
Eye

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.

BakuPost xəbər verir ki, rektor Elmar Qasımovun əmri ilə bu vəzifəyə Zamirə Ədilova gətirilib. O, 14 noyabr tarixindən etibarən vəzifəsinin icrasına başlayıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə “525-ci qəzet”də başlayıb.


Daha sonra uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub.

2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə “Fəxri Fərman”larla təltif olunub. “İnformasiya Cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar