Ru
14:54 / 13 Dekabr 2022

Zakir Fərəcovun kürəkəninin işdən çıxarılma səbəbi: kabinetin qapısını arxadan bağlayıb... - Yenilənib

27549

Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidovun işdən çıxarılma səbəbi məlub olub.


“Unikal”ın əldə etdiyi məlumata görə, R.Məcidov vəzifə səlahiyyətləri normal yerinə yetirə bilmədiyinə və bir sıra uyğunsuz hərəkətlərinə görə işdən çıxarılıb. Bildirilir ki, o, səhər saatlarında iş otağına daxil olandan sonra heç kimi qəbul etmirmiş və bir neçə saat kabinetin qapısını qeyri-müəyyən səbəblərdən bağlı saxlayırmış.


Bundan əlavə, onun şəxsi həyatında da prokurorluq orqanının general rütbəli məmuruna uyğun olmayan məqamların olduğu bildirilir. R.Məcidov 4 övladı olan həyat yoldaşından ayrılıb. Buna səbəb də onun ailə münasibətlərinə zidd hərəkətləri olub. Onun Solmaz Xəlilova adlı bir xanımdan nikahdankənar qız övladının olduğu da bildirilir. Son günlər isə R.Məcidovun erməni əsilli Lalə adlı bir xanımla münasibətdə olduğu da bildirilir.


Güman edilir ki, məhz bu səbəblərə görə Baş Prokuror Kamran Əliyev haqlı olaraq R.Məcidovun vəzifədən kənarlaşdırılması barədə qərar verib.


Ramil Məcidov Göyçay rayonunun sabiq icra başçısı Mehdi Səlimzadənin oğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun isə keçmiş kürəkənidir.



***

13:38


Baş Prokurorluqda kadr islahatı olub.


Bakupost.az -ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidov işdən çıxarılıb.

Qeyd edək ki, o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kürəkənidir.

Şərhlər
  • Səxavət Adıyev.

    Onun atası və qaynatası oyerlərdə olmasaydı Oda gözəl əməllərlə məşqul ola bilməzdi.

  • Neriman Seyfeli.

    kIMIN OGLUDUR, KIMIN KUREKENIDIR, BUNUN METLEBE NE DEXLI? INSAN OZ EMELINE GORE CAVAB VERECEK.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər