Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun rəhbər heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda yerləşən Zəfər parkını ziyarət edib.
“Bakupost” xəbər verir ki, ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Baş prokuror və qurumun rəhbər heyəti Zəfər abidəsi önünə gül dəstələri düzüblər.