Ru
17:51 / 12 Fevral 2026

“Başından böyük danışma!” – Xanəndə aşığı hədələdi - VİDEO

“Başından böyük danışma!” – Xanəndə aşığı hədələdi - VİDEO
Eye

Xanəndə Tacir Şahmalıoğlu ilə Aşıq Namiq arasında qalmaqal yaşanıb.

Bakupost.az xəbər verir ki, Şahmalıoğlu aşıq tərəfindən özü haqda yayılan açıqlamalara sərt reaksiya verib:

“Bu gün sosial şəbəkəyə baxanda gördüm ki, Aşıq Namiq həqiqətən başından böyük danışıb. Ağzına gələni deyib. Mən səhər efirdə sadəcə musiqi ilə bağlı fikrimi bildirmişəm. Demişəm ki, sazda oriental olmaz. Saz bizim müqəddəsimizdir, ona hörmətsizlik etmək olmaz. Saz saz kimi çalınmalıdır. Amma mən heç kimin şəxsiyyətini təhqir etməmişəm.

Aşıq Namiq isə efirə çıxıb tamam başqa məsələləri danışıb. Buradan ona deyirəm ki, bir şeyi yaddan çıxarma, kişinin həyatında hər şey ola bilər – vurar da, vurular da, içəri də düşər, çıxar da... İnsanın başına hər iş gələ bilər. Amma sən mənə elə şər atırsan ki, tamaşaçı inana bilər.

Mən elə bir sənətkaram ki, 50 illik həyatımda bir toy sahibi çıxıb deməyib ki, Tacir Şahmalıoğlu məclisdə özünü pis aparıb və ya kimsə onu vurub. Bu olmayıb.

Sənin isə həyatında çox şeylər olub. Təcavüz-filan kimi məsələləri açıb-ağartmıram. Həyatdır...

Amma sən mənimlə bağlı dediklərini sübut etməlisən. Ya dediyini sübut edəcəksən, ya da mən sənə çox şeyi sübut edəcəyəm. Yoxsa səndən əl çəkən deyiləm”.

Qeyd edək ki, bundan əvvəl müğənni Tacir Şahmalıoğlu “Rəngarəng” verilişində aşıq Namiq Fərhadoğlunun “Tacir kimi oxuyan çoxdur” fikrinə kəskin reaksiya verib. O, qarşı tərəfi dayaz düşüncədə ittiham edərək bildirib:
“Sənin kimi "saz sürənlər" yaxşı müğənnilərə kölgə salır. O, sənət üçün nə edib, nə yaradıb ki?”
Buna cavab olaraq aşıq Namiq Fərhadoğlu Tacir Şahmalıoğlu ilə bağlı bir sıra iddialar səsləndirib. O, müğənninin toylardan birində davranışına görə bığının kəsilməsi, Moskvada erməni mahnıları ifa etməsi və müxtəlif məsələlərlə bağlı polis tərəfindən saxlanılması ilə bağlı fikirlər irəli sürüb.

Yasəmən, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar