Ru
20:22 / 13 Aprel 2021

Bayden Putinə görüş keçirməyi təklif etdi

2389
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Bakupost.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, ABŞ prezidenti rusiyalı həmkarına görüş keçirməyi təklif edib.

Prezident Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə stabil və proqnozlaşdırıla bilən münasibətlər qurmaq məqsədinin olduğunu təsdiqləyib və ABŞ və Rusiyanın qarşılaşdığı məsələlərin tam spektorlarının müzakirəsi üçün qarşıdakı aylarda üçüncü ölkədə görüş-sammit keçirməyi təklif edib.

Telefon danışığı zamanı iki lider SNV-3 müqaviləsinin uzadılmasına əsaslanan strateji sabitlik və silahlara nəzarət üzrə dialoqun davam etdirilməsi də daxil olmaqla regional və qlobal məsələləri müzakirə ediblər.

Bundan başqa, C.Bayden Krımda və Ukrayna ilə sərhəddə Rusiya ordusunun gücləndirilməsindən narahatlığını ifadə edərək, ABŞ-ın bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə dair sarsılmaz öhdəliyinin olduğunu vurğulayıb. ABŞ prezidenti Rusiyanı gərginliyi azaltmağa çağırıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər