Bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-iş günlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahət bölgələrinə aparan avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.
Bakupost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına etdiyi müraciətdə qeyd olunub
Bildirilib ki, sözügedən səbəblərdən sürücülərdən xahiş olunur ki: Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər, təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər.
Bununla yanaşı yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etsinlər, səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər.