Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana səfəri zamanı maraqlı davranışı ilə diqqəti öz üzərinə çəkib.
Bakupost.az xəbər verir ki, hökumət başçısı qonşu ölkəyə səfər çərçivəsində axşam yeməyi üçün getdiyi məkanda səhnəyə çıxaraq baraban çalıb.
Maykl Ceksonun məşhur “Billie Jean” mahnısına ritm tutan Paşinyanı səhnədə Gürcüstanın 2025-ci il “Eurovision” təmsilçisi Mariam Shengelia müşayiət edib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub. Xüsusilə regionda gərginlik fonunda baş nazirin bu addımı bəzi istifadəçilər tərəfindən “qeyri-ciddi hərəkət” kimi qiymətləndirilib. Hətta xarici mətbuat da bu hadisəyə yer ayırıb.
Ermənistanın müxalif saytları isə Paşinyanı “şou” göstərməkdə ittiham edib. Onlar bu il Ermənistanda parlament seçkilərinin keçiriləcəyini xatırladaraq, Nikolun bu cür addımlarla gənc seçicilərin diqqətini cəlb etməyə çalışdığını vurğulayıblar.
Bəzi sosial şəbəkə istifadəçiləri isə daha da irəli gedərək peraşki və qarğıdalı şousundan sonra baraban məzhəkəsini Paşinyanın psixoloji durumu ilə əlaqələndiriblər. Onların fikrincə, Annadan ayrılan Nikol dərin psixoloji tənəzzül keçirdiyi üçün belə şit hərəkətlər edir.