Ru
18:17 / 16 Yanvar 2026

Bayramlar üst-üstə düşərsə, məzuniyyət necə hesablanacaq?

Bayramlar üst-üstə düşərsə, məzuniyyət necə hesablanacaq?
Eye

Qurban və Ramazan bayramları başqa bayramlarla üst-üstə düşəcəyi halda əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum olub.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Dəyişikliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən ümumxalq hüzn günü və səsvermə günü də məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq. Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

Qeyd edək ki, bu il Novruz və Ramazan bayramları eyni günlərdə qeyd olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar