Ru
17:43 / 19 Aprel 2022

Bayramlara görə mayda 6 gün iş olmayacaq

Bayramlara görə mayda 6 gün iş olmayacaq
Eye

May ayında bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq.


Bakupost.az xəbər verir ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 1 dekabr 2021-ci il tarixli qərarına əsasən, mayın 2, 3-ü Ramazan bayramı müəyyən edilib.


Bundan başqa, 9 May - Faşizm üzərində Qələbə Günü və 28 May Müstəqillik Günü iş günü hesab edilməyən bayram günləridir. Bu il 28 may həftənin şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün iş olmayacaq.


Beləliklə, may ayında bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar