Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Bakupost.az xəbər verir ki, o, "əgər bu gün "Liverpul" "Qarabağ"ı udsa, söz verirəm ki, daha heç vaxt Kəramət Böyükçölün kitablarını oxumayacağam" deyə paylaşım edib.
Bəhram Bağırzadənin bu paylaşımına çoxsaylı reaksiya gəlib və birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərindən onu bu paylaşıma görə tənqid edənlər də kifayət qədər olub.