Ru
22:52 / 28 Yanvar 2026

Toy kortejində qəza: iki azərbaycanlı həlak oldu

Toy kortejində qəza: iki azərbaycanlı həlak oldu
Eye

Gürcüstanın Borçalı (Marneuli) bələdiyyəsinin Baydar kəndində ağır yol qəzası baş verib.

Bakupost.az Report-a istinadən xəbər verir ki, BMV markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində soydaşlarımız, 23 yaşlı Ümid Adıgözəlov və Üfüq Bədəlov hadisə yerində həyatını itirib.

Məlumata əsasən, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslərin Sadaxlı kənd sakinləri olduğu bildirilir. Hadisənin toy kortejinin hərəkəti zamanı baş verdiyi qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar