Ru
23:46 / 28 Yanvar 2026

"Əyani oxuyanı apara bilməzlər" - Xaricdə təhsil alanlar hərbi xidmətə çağırılırlar?

"Əyani oxuyanı apara bilməzlər" - Xaricdə təhsil alanlar hərbi xidmətə çağırılırlar?
Eye

Baku TV-yə müraciət edən vətəndaş iddia edir ki, oğlu tələbə olduğu halda hərbi xidmətə çağırılıb.

Bakupost.az xəbər verir ki, şikayətçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti oğlunun təhsil alması haqqında sənədi qəbul etmədiyini və onu "təsdiqlənməmiş" hesab etdiyini bildirib.

"Halbuki sənəddə heç bir problem yoxdur. Oğlum Ukraynada əyani təhsil alır. Lakin onu kabinetə çağıraraq təhsildən imtina etməsi və əsgərliyə getməsi barədə ərizə yazdırıblar".

Məsələ ilə bağlı Dövlət Xidmətindən bildirilib ki, ali təhsil pilləsinin bütün səviyyələri üzrə xarici ölkələrdə faktiki olaraq əyani təhsil alan çağırışçılara heç bir məhdudiyyət olmadan çağırışdan möhlət verilir:

"Lakin distant (onlayn) formada təhsil alan çağırışçılara möhlət hüququ şamil olunmur. Qanunvericilikdə ali təhsil pilləsinin bütün səviyyələri üzrə yalnız əyani təhsil alan çağırışçılara hərbi xidmətə çağırışdan möhlət hüququ nəzərdə tutulub. Müxtəlif fors-major hallarla bağlı istisnalar müəyyən edilməyib. Konfidensial fərdi məlumatlar isə qanunla müəyyən olunmuş hallar istisna olmaqla üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar